SON XƏBƏR

Kaxovka SES-in dağılması nəticəsində 7 nəfər itkin düşüb

İyun 07
10:03 2023
Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətinin Yeni Kaxovka (Novaya Kaxovka) rayonunda Kaxovka Su Elektrik Stansiyasının (SES) dağılması nəticəsində 7 nəfər itkin düşüb.

"Report” xəbər verir ki, bu barədə Rusiyanın nümayəndəsi Vladimir Leonteyev bildirib.

Məlumata görə, Kaxovka su anbarında suyun səviyyəsinin qalxması səbəbindən Rusiya Yeni Kaxovka, Qolopristansk və Aleşkinsk yaşayış məntəqələrinin əhalisini təxliyə etməyə başlayıb.
Qeyd edək ki, Ukraynada Kaxovka SES-in bəndi məhv edilib. Ukraynanın "Cənub" operativ komandanlığı SES-i Rusiyanın partlatdığını açıqlayıb.

Xatırladaq ki, Kaxovka SES Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Kaxovka SES 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook