Kazım Qarabəkir Paşa: Türk dünyasında hörmətlə anılan qəhrəman - (FOTO-VİDEO)
Mart 31
21:23
2016
"Qarabəkir Paşa çox ağıllı, üstün əxlaqlı, namuslu, fövqəladə yaxşı xasiyyətli, namuslu, tədbirli bir adamdır".
Qazi Mustafa Kamal Paşa
34 dövlətin qatıldığı Birinci Cahan Savaşı bəşəriyyətə böyük itkilər hesabına başa gəldi. 10 milyon insanın ölümü, 19 milyonun şikəst olmasıyla sonuclanan bu müharibə yeni dünya düzəninin yaranmasına rəvac verdi. İmperiyaların yıxılmasıyla müşayiət olunan müharibə sonrası dövrün ən böyük zərbəsi məğlub tərəf kimi minillik Osmanlı İmperiyasından da yan ötmədi. Və bu qanlı illər xalqın bağrından qopan qəhrəmanların canları və qanları bahasına türk millətinin öz haqqı uğrunda yeni savaşlara atılmasıyla davam etdi...
Onun həyatı və mücadiləsi Osmanlı və Türkiyə Cümhuriyyəti tarixinin ən önəmli səhifələrini əhatə edir. Onu qocaman Osmanlının son illərində baş verən hadisələrdə, Qurtuluş Savaşının mərkəzində, türk millətinin daxili və xarici düşmənlərə qarşı apardığı mücadilənin önündə görürük və adı Qurtuluş Savaşının bayraqdarı Mustafa Kamal Atatürklə birgə çəkilir. Ancaq bu böyük zat qarşımızda yalnız bacarıqlı bir sərkərdə, qalib komandan deyil, həm də dövrünün tərəqqipərvər ziyalısı, maarifçisi, xeyriyyəçisi kimi dayanır...
Bəli, Kazım Qarabəkir Paşa yalnız Anadolu ellərində deyil, bütün türk dünyasında hörmətlə anılan qəhrəmandır. Azərbaycanda, ələlxüsus Naxçıvan torpağında isə Qarabəkir paşanın adı xüsusi ehtiramla, xilaskar sərkərdə olaraq xatırlanır. 20-ci əsrin əvəllərində Azərbaycanın ayrı-ayrı bölgələri erməni daşnaklarının dəstələri tərəfindən talan edilir, yerlərdə müsəlman əhaliyə qarşı böyük qırğınlar törədilirdi. Bu baxımdan, Naxçıvanın vəziyyəti daha ağır idi. Əsas ərazidən uzaq düşmüş bölgədə ermənilərin törətdiyi soyqırım nəticəsində təkcə 1918-21-ci illərdə Naxçıvanda yüzlərlə kənd dağıdılmış, 75 minə yaxın dinc müsəlman əhali qətlə yetirilmişdi.
Kazım Qarabaəkir Paşa yardıma gəlir. Naxçıvan əhalisi Kazım Qarabəkir Paşanı böyük ruh yüksəkliyi ilə qarşılayır. Şəhərdə bayram tədbirləri başlayır. Türk bayrağının qaldırılması münasibətilə təşkil olunmuş izdihamlı mitinqdə çıxış edənlərin hər biri xilaskar Türk ordusuna və onun yenilməz komandanı Kazım Qarabəkir Paşaya sonsuz sevgilərini çatdırırlar.
Kazım Qarabəkir Paşa təcili olaraq Naxçıvanda nizami ordunun yaradılması işinə başlayır. Bu baxımdan, Naxçıvandakı Rüşdiyyə Məktəbinin ordu quruculuğu sahəsində xüsusi yeri və çəkisi vardı.
Bu gün Kazım Qarabəkir Paşa Naxçıvanda yalnız bir xilaskar kimi deyil, həm də bölgənin ictimai-mədəni həyatının inkişafında önəmli rol oynamış xeyriyyəçi və maarifçi kimi xatırlanır. Onun adı türk dünyasının ayrılmaz parçası olan Azərbaycan tarixinə yalnız xilaskar sərkərdə kimi deyil, həm də ictimai xadim kimi yazılıb.
Bəşəriyyət tarixi çox sərkərdələr görüb. Ancaq onun şəxsində tamam ayrı-ayrı sənət sahiblərinə xas xüsusiyyətlər cəmləşdiyindən, paşa bütün bu işlərin öhdəsindən qibtəolunacaq dərəcədə bacarıqla gəlir. Məsələn, Kazım Qarabəkir Paşa düşməndən azad etdiyi türk torpaqlarında yalnız idarəetməni qaydasına salmır, həm də yerli əhalinin maariflənməsinin qeydinə qalaraq məktəblər açır, bu məktəblər üçün dərsliklər yazırdı. O, müharibələrdə yetim qalmış türk cocuqlarını övladlığa götürərək bu uşaqları himayə edir, onların gələcəyinin qayğısına qalırdı. Qurtuluş Savaşının sonunda paşanın artıq 6 minə yaxın övladlığa götürdüyü bu cür uşaqlar vardı…
Birinci Cahan Savaşından sonra məğlub tərəf kimi Osmanlı imperiyası təslimiçi Mudros barışıq sazişini imzalamağa məcbur oldu. Bundan əlavə, barışıq sazişinin 8, 9-cu maddələrinə əsasən Osmanlı özünün bütün hərbi donanmasını, cəbbəxanasını müttəfiq qoşunların ixtiyarına verməliydi. Türk millətinin haqqına və ata-baba torpaqlarına sahiblənmək üçün müttəfiq dövlətlərin irəli sürdükləri bu təslimçi müqavilə böyük etirazla qarşılandı.
Mudros sazişinin 11-ci maddəsinə əsasən Azərbaycan da İngiltərənini nüfuz dairəsi elan olunur, bütün yollar və neft mənbələri ingilislərin ixtiyarına keçirdi. İngiltərənin diktəsi ilə hazırlanmış bu müqaviləyə görə türk ordusu danışıqsız təslim olmalı və İrandan, Kilikiyadan, Cənubi Qafqazdan və Dağıstandan çıxmalıydı. Müqavilənin şərtlərinə görə, Kazım Qarabəkir Paşanın 1-ci Qafqaz Kolordosu ləğv edildiyindən, Naxçıvanın da Qarabəkrli günləri başa çatmalı, qəhrəman paşa Naxçıvan torpağını tərk etməliydi. Beləliklə, 1918-ci il oktyabr ayının 31-i. Bu gün Kazım Qarabəkir Paşa Naxçıvan torpağını tərk edir. Sonuncu gün Qarabəkir paşa Naxçıvanın xilası zamanı şəhid olmuş türk əsgərlərinin məzarı üstünə gəlir və sevimli əsgərlərinin məzarı önündə baş əyir…
Kazım Qarabəkir Naxçıvandan gedərkən «harada oluramsa, olum, Naxçıvanı köməksiz, arxasız qoymayağacam. Var qüvvəmlə onu müdafiə edəcək, daşnaklara verməyəcəyəm» demişdi. Əvvəlcə o özü Naxçıvandan çıxmağa məcbur olsa da, türk ordusunun polkovniki Xəlil bəyi bir neçə yüz əsgəriylə burada saxladı. Sonrakı hadisələr isə Qarabəkir Paşanın həqiqətən bu torpağı unutmadığını sübut elədi. Belə ki, türk qoşunlarının Naxçıvanı tam tərk etməsindən sonra Qarabəkir paşanın qoyduğu nizam-intizamın əsasında bu bölgənin camaatını erməni hücumlarından qorumaq məqsədiylə Araz-Türk Respublikası quruldu.
Bu məhəlli səciyyəli dövlət qurumunun yaradılmasında məqsəd təbii ki, Azərbaycanın əsas ərazisindən uzaq düşmüş Naxçıvana qarşı düşmənlərin qəsbkarlıq siyasətinə yol verməmək, mərkəzləşdirilmiş qaydada təhlükələri dəf etmək idi. Bir neçə ay fəaliyyət göstərməsinə baxmayaraq, həqiqətən bu qurum Kazım Qarabəkirin yardımyla erməni quldur dəstələrinin Naxçıvandan qovulmalarına nail olmuşdu. Təsadüfi deyil ki, 1921-ci ilin fevralında başlayan Moskva danışıqlarında bu amil xüsusi vurğulanaraq bölgə əhalisinin erməni idarəçiliyini qətiyyən qəbul etmədiyi söz konusu olmuşdu.
Ümumiyyətlə, Moskva və Qars müqavilələrinə qədər Naxçıvana sahiblənmək istəyən ermənilər Qars, Sarıqamışla yanaşı burada da siyasi və hərbi hərəkətlərini davam etdirirlər. İngilislərin təzyiqi ilə Araz-Türk Respublikası süquta uğradıqdan sonra 1919-cu ilin aprelində erməni dəstələri Naxçıvan-Şərur bölgəsinin işğalına hazırlıqlarını başa çatdırdılar. İngilis generalı Davye ilə erməni quldur dəstələrinin başçısı Dro arasında heç bağlanmış heç bir əsası olmayan müqaviləyə görə Naxçıvanda erməni idarəsini qurmaq Droya tapşırılır.
Beləliklə, 1919-cu il may ayının 24-də ermənilər 6 min nəfərlik qüvvəylə Naxçıvanı işğal edirlər. Erməni zülmü ilə üz-üzə qalmış qalmış Naxçıvan xalqı son çarənin yenidən Kazım Qarabəkirdə olduğunu anlayaraq, yardım üçün Paşaya müraciət edirlər. Və Kazım Qarabəkir Paşa öz ordusu ilə Anadolu ellərində ermənilərə, yunanlara, ingilislərə qarşı savaş aparmasına baxmayaraq, yenə Naxçıvanı tək qoymur. Bu dəfə o, başda Xəlil yüzbaşı olmaqla 1919-cu ilin 18 avqustunda Ağrıdağ tərəfdən yardım üçün Naxçıvana 2 min qüvvəlik əsgər göndərdi. Kazım Qarabəkirin 2 il əvvəlki qalibiyyətini bu dəfə Xəlil yüzbaşı təkrarladı. Naxçıvanın işğaldan azad olunması uğrunda aparılan ilk döyüşdəcə ermənilərdən 4 topla birgə 1 zirehli qatar 42 pulemyot və 200-ə qədər əsir götürüldü. Erməni dəstələri bu hücumların qarşısında dayana bilməyib, İrəvana çəkilməyə məcbur oldular.
1921-ci ilin oktyabr ayının 13-də Qars müqaviləsi imzalandı. Naxçıvanın siyasi statusunun müəyyən edən müqavilənin altında Türkiyə tərəfdən Qarabəkir Paşanın imzasının olması bu türk sevdalısı olan sərkərdənin Naxçıvan torpağına olan sevgisinin daha bir nümunəsidir…
Qars müqaviləsinin 3-cü əlavəsində yazılır: «Türkiyə hökuməti, Sovet Ermənistanı və Sovet Azərbaycanı hökumətləri razıdırlar ki, hazırkı müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında müxtar ərazi təşkil edir». Bü müqaviləylə Naxçıvan Dərələyəzi, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri kimi əraziləri itirsə də, Türkiyə ilə 11 kilometrlik sərhəd xəttinin təsbit edilməsi bölgənin xalqı üçün vacib idi. Beləliklə, Qasr müqaviləsiylə Türkiyə Naxçvan Muxtar Respublikasının təhlükəsizliyinə birbaşa təminat vermiş oldu.
Kazım Qarabəkir Paşa doğmaları, yaxınları və müasirləri tərəfindən həm də ailəsinə, əqidəsinə, inamına bağlı duyğusal bir insan olaraq xatırlanır. İllərlə hərbinin sərt tələblərinə uyğun olaraq şanlı bir əsgər həyatı yaşamağına baxmayaraq, onun sevdiyi insanlarla davranışına, münasibətlərinə heyran qalmamaq mümkün deyil.
Qurtuluş Savaşının bitməsindən sonra – 1924-cü ildə Kazım Qarabəkir Paşanın liderliyi ilə Tərəqqipərvər Cümhuriyyət Partiyası qurulur. Ancaq paşanın siyasi fəaliyyəti uğurlu olmur. Əslində, həmin dövrdə Türkiyə həqiqətən çox ağır günlər yaşayırdı. Lozanna anlaşmasının bir sıra şərtləri, Şeyx Səid üsyanını yenicə qurulmuş cümhuriyyətin hər yerində əks-səda doğurmuşdu. Belə bir vaxtda Cümhuriyyət Tərəqqipərvər Partiyası dövlət tərəfindən yasaq edilir. Bunun ardından Kazım Qarabəkir Paşanın adının Atatürkə qarşı düzənlənən İzmir sui-qəsdində hallandırılması onu xeyli məyus edir. Beləcə, 1927-ci ildən istefaya çıxan Kazım Qarabəkir 1938-ci ilə qədər canından artıq sevdiyi məmləkətinin ictimai həyatından kənarda qalır.
Ancaq bu illər ərzində də Qarabəkir paşa vaxtını boş yerə keçirmir, kitablar yazır, marşlar bəstələyir. 1938-ci ildə İstanbuldan Böyük Millət Məclisinə millət vəkili seçilir və 1946-cı ildən həyatının sonuna qədər Məclis başqanı olur…

İlham Tumas