SON XƏBƏR

“Keçən ilə nisbətən bu il məhsuldarlıq az olub” – Ekspert məhsuldarlığın artmasını təkzib etdi

Noyabr 16
16:31 2019
Kənd təsərrüfatı üzrə ekspert: "Bizim apardığımız müşahidələr onu deməyə əsas verir ki, əslində bu il daha çox sahədə pambıq əkini həyata keçirilib. Statistik rəqəmlərdə isə bilərəkdən xətalara yol verilib”.

"Gələn il nə qədər pambıq ixrac ediləcəyi deyiləndən sonra daha dəqiq hesablama aparacağıq ki, bu il Azərbaycanda nə qədər pambıq istehsal olunub”.
Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov pambıqçılıqda bu il orta məhsuldarlığın keçən ilə nisbətən 10,5 sentner çox olmasını PİA.az-a şərh edərkən qeyd edib.

Noyabrın 13-nə olan məlumata görə, Azərbaycanda 281 min tondan çox xam pambıq yığılaraq emal müəssisələrinə təhvil verilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,4% çoxdur.

Bu il orta məhsuldarlıq 1 hektardan 28,1 sentnerdir. Bu, ötən illə müqayisədə 10,5 sentner çoxdur. Eyni zamanda, bu il pambıq əkin sahələri 132,5 mindən 100,1 min ha-ya azaldılıb. Bir sıra təsərrüfatlarda orta məhsuldarlıq 40 sentnerə çatır.

Pambıqçılıqda əldə olunan bu irəliləyişi nəylə əlaqələndirmək olar və Kənd Təssərrüfatı Nazirliyində pambıqçılığın inkişafında əldə olunun uğurda rolu barədə nə demək olar?
 


Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmova müraciət edib.

Vahid Məhərrəmov: "Yerlərdə Aqrar İnkişaf Mərkəzləri adlandırdıqları dövlət qrumları rəqəmlərin şişirdilməsində maraqlıdırlar. Reallıqda isə vəziyyət tamamilə fərqlidir”.

1969-1970-ci illərdə olduğu kimi sahələrin genişləndirilməsi və statistikada əkin sahələrinin az göstərilməsi hesabına suni olaraq məhsuldarlığın artıq göstərildiyini iddia edən kənd təsərrüfatı üzrə ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, müvafiq qurumlar bu il həm taxılçılıqda, həm də pambıqçılıqda bilərəkdən belə xətalara yol veriblər:

"Bizim apardığımız müşahidələr onu deməyə əsas verir ki, əslində bu il daha çox sahədə pambıq əkini həyata keçirilib. Statistik rəqəmlərdə isə əkin sahələri ilə bağlı bilərəkdən xətalara yol verilib. Yəni əkin sahələrini az göstərirlər, amma əslində daha böyük sahədə əkin aparıblar. 1969-1970-ci illərdə olduğu kimi sahələrin genişləndirilməsi və az göstərilməsi hesabına suni olaraq məhsuldarlığı artıq göstərirlər. Müvafiq qurumlar bu il həm taxılçılıqda, həm də pambıqçılıqda bilərəkdən belə xətalara yol veriblər. Gələn il nə qədər pambıq ixrac ediləcəyi deyiləndən sonra daha dəqiq hesablama aparacağıq ki, bu il Azərbaycanda nə qədər pambıq istehsal olunub.

Əkin sahələri ilə bağlı fermerlərlə apardığımız sorğu onu göstərir ki, bu il əkin sahələri təxmini 40 faiz çox olduğu halda, sənədləşmədə az göstəriblər. Yəni məhsuldarlığın artması ilə bağlı yerlərdə apardığımız monitorinqlər də onu deməyə əsas ki, bu il məhsuldarlıq az olub. Çünki bunlar daha çox sahədə əkini həyata keçirməklə gübrələrdən az istifadə olunub.

Vahid Məhərrəmov: "Məhsuldarlığın artması ilə bağlı yerlərdə apardığımız monitorinqlər də onu deməyə əsas ki, bu il məhsuldarlıq az olub”.

Fermerlər deyirdilər ki, xüsusi cihazla gəlib ölçü aparıblar və mövcud olan sahəyə uyğun da gübrə veriblər. Baxmayaraq ki, dediyim kimi sahə çox olub, amma əldə etdikləri gübrə az olduğu üçün məhsuldarlığa təsir edib.

Buna görə də deyə bilərəm ki, keçən ilə nisbətən bu il məhsuldarlıq az olub. Əsl fakt da budur. Bunlar rəqəmləri şişirdirlər. Bu da onunla bağlıdır ki, onların yerlərdə Aqrar İnkişaf Mərkəzləri adlandırdıqları dövlət qrumları rəqəmlərin şişirdilməsində maraqlıdırlar. Reallıqda isə vəziyyət tamamilə fərqlidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook