Keçmiş deputatın “brend mağazası”nda marka saxtakarlığı: – Vəhhabi icarədarlar alıcıları “10 Line” necə aldadırlar?
May 31
09:34
2022
Ölkədə istehlakçıların hüquqlarını pozan brend mağazalar sırasına biri də əlavə olunub.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən, xüsusilə də ölkədə sabitliyin tam bərpa edildiyi ötən əsrin 90-cı illərinin ortalarından sonra Bakıda dünya şöhrətli firmaların brend məhsullarının satıldığı müxtəlif firma mağazaları, butiklər fəaliyyətə başladı.
Bununla belə, brend mağazaların təmtəraqlı adları orada satılan məhsulların keyfiyyəti üçün qarant hesab oluna bilməz. Son illərdə Bakıda "Lady Sharm”, "LC Waikiki Azərbaycan”, "İdeal”, "Sabina” və başqa məşhur mağzalarda alıcılara saxta məhsullar satılmasının ifşa olunması bu məsələdə daha ehtiyatlı davranmaq zərurətini doğurur.
Ancaq saxta məhsul satışına yönəlik həyata keçirilən sərt tədbirlərə baxmayaraq, bəzi mağazalar alıcıları aldatmaqda, brend adı altında alıcılara ucuz Çin istehsalı geyimlər, yaxud da saxta parfümeriya sırımaq praktikasına son qoymaq barəsində düşünmürlər.
Qanunları pozmaq və alıcıları aldatmaq təcrübəsini davam etdirən "firma” mağazaları arasında xüsusi seçilənlərdən biri də paytaxtın "Torqovı” kimi prestijli ərazisində yerləşən "10 LINE” mağazasıdır. Keçmiş deputat və Mərkəzi Univermağın (MUM) sahibi Ərəstun Cavadova məxsus olduğu, lakin vəhhabi təriqətinə tapınmış şəxslərə icarəyə verildiyi bildirilən "10 LINE” mağazası da öz müştərilərini eninə-boyuna aldatmaqla məşğuldur.
Brend məhsullar adı ilə saxta məhsulların alıcılara sırınması, satılan məhsullara verilən müddətli qarantiyanın daha sonra inkar edilməsi və başqa neqativ hallar "10 LINE” üçün xarakterik hala çevrilib. Görünür, yuxarıda adları çəkilən mağazaların aqibəti ya "10 LINE” üçün ibrət olmayıb, yaxud da bu məkanın himayədarları onu qanunların sərt üzündən qorumaq öhdəliyini hələ ki "uğurla” yerinə yetirir.
Bütün hallarda isə zərbə yenə də vətəndaşa-alıcıya dəyir. Qazandığı pula daha keyfiyyətli məhsul almaq istəyi ilə "10 LINE” və saxtakarlığı kredoya çevirən başqa mağazalara üz tutan alıcılar bəzən aldadıldıqlarının fərqində belə olmurlar. Onlara saxta məhsul sırındığını müəyyənləşdirdikdə isə pullarını geri ala bilmirlər. Çünki "10 LINE”ın hamiləri dövlətə də, onun qanunlarına da meydan oxumaqda, istehlakçıların hüquqlarını pozmaqdadırlar…
Amma bunun sonu mütləq olacaq. Hər halda, indiyə qədər cəzalandırılan mağazaların aqibəti buna ümid yaradır.
Mənbə: Yenicag.az
Qlobal.az