SON XƏBƏR

Keçmiş nazir müavini Ali Məhkəməyə çıxarılır

Oktyabr 05
10:42 2022
Mədəniyyət nazirinin həbsdə olan sabiq müavini Rafiq Bayramov bu gün Ali Məhkəməyə çıxarılacaq.

"Qafqazinfo” xəbər verir ki, R.Bayramov məhkəmədən ona bəraət verilməsini istəyir. Prosesə Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Nazim Mövsümov sədrlik edəcək.

Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib. Hazırda R.Bayramovun həbs müddətinin başa çatmasına 2 il qalır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook