SON XƏBƏR

Keçmiş nazirin şirkəti yarım milyonluq tender uddu

İyun 22
13:37 2021
Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə elan etdiyi müsabiqənin qalibini açıqlayıb.

HİT.Az xəbər verir ki, qalib şirkət "İmprotex Trucks and Buses” MMC-dir. Xəzər MKTB ilə şirkət arasında imzalanan müqavilənin maliyyə dəyəri 457 151.35 AZN-dir.

"İmprotex Trucks and Buses” MMC 1 dekabr 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 220 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşən MMC-nin qanuni təmsilçisi Abdullayev Məhəmməd Fərid Azər oğludur. 

"İmprotex Trucks and Buses” MMC "İmprotex” Şirkətlət Qrupuna daxildir. "İmprotex” isə keçmiş nazir Füzuli Ələkbərova məxsusdur.

İyun ayının əvvəllərində "İmprotex” Şirkətlər Qrupu nizamnamə kapitalının azaldığını elan edib. Bəzi iddialara görə, şirkət bağlanmaq təhlükəsi ilə üzləşib. Bildirilir ki, şirkətin fəaliyyətində qanunsuzluqlar aşkarlandığı üçün yoxlamalar aparılır. Mediada yayılan məlumatlara görə, hətta Füzuli Ələkbərova məxsus Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacaq bağlanıb.

Bundan başqa, "İmprotex” Şirkətlər Qrupuna daxil olan "İmprotex İndustruies” MMC məhkəməyə verilib. İddiaçı "EVIM  Construction” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə yaranmış mübahisələrdir.

Belə bir vəziyyətdə Füzuli Ələkbərova məxsus şirkətin yarım milyonluq tenderin qalibi olması maraqlıdır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook