SON XƏBƏR

Kəmaləddin Heydərovun bacanağı FHN-dən 438 min manatlıq tender uddu - FOTO

Dekabr 09
01:45 2020
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 438 min 769 manat 43 qəpik dəyərində mətbəə məhsulları alınması üçün tender keçirib.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi CBS-PP MMC olub. 

Tenderin detalları barədə ətraflı məlumat verilməyib. 01.10.2020 tarixində başlanma tarixi elan olunan tenderdə iştirak haqqı kimi 800 manat tələb olunub. 

Satınalmanın qalibi olan şirkət 1998-ci ilin sentyabr ayının 2-də qeydiyyata alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34, qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.

Mediada yer alan məlumatlara görə CBS-PP MMC-nin qanuni təmsilçisi olan Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Hikmət İsmayilovun həm də Kəmaləddin Heydərova məxsus AFB Bank ASC-nin əsas səhmdarı olduğu da bildirilir.
 
Qlobal.az 
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook