SON XƏBƏR

Kənd təsərrüfatı məhsulu istehsalı 1,8 faiz artıb

Noyabr 30
08:37 2016
Cari ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı sahəsində ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 4 milyard 959,7 milyon manat təşkil edib. Bunun da 2 milyard 511,4 milyon manatı heyvandarlıq, 2 milyard 448,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları 1,2 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook