SON XƏBƏR

Kənd Təsərrüfatı Nazirliyində nıqsanlar aşkar edilib - RƏSMİ

Aprel 15
16:53 2021
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq rayon (şəhər) DAİM-ləri, İşçi qrupu və Respublika Komissiyası tərəfindən mineral gübrələrin və pestisidlərin güzəştli qiymətlə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmasına görə dövlət büdcəsindən güzəşt tətbiq olunan hissənin ödənilməsi üçün ayrılan subsidiya məbləğlərinin hesablanması və ödənilməsi üzrə aparılmış əməliyyatlar bütün aspektlər üzrə müvafiq qanunvericilik aktlarının, o cümlədən bu sahəni tənzimləyən qaydaların tələblərinin bir çox hallarda yerinə yetirilməməsini deməyə əsas verir.

Qlobal.Az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə Hesablama Palatasının rəyində bildirilir.

Qeyd olunur ki, Dövlət büdcəsindən 2019-cu ildə müvafiq subsidiyanın proqnozlaşdırılması və icrası, habelə bu növ subsidiyanın digər növ subsidiyalarla əlaqələndirilməməsi, bu sahədə şəffaflığın və bərabərliyin təmin edilməsi üçün zəruri tədbirlərin tam görülməməsi bir sıra hallarda subyektiv amillərin baş verməsi ilə nəticələnib.

Həmçinin, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin daha da yüksəldilməsi, idxaldan asılılığın minimuma endirilməsi kimi strateji məqsədlərin təmin olunmasına birbaşa müsbət təsir göstərən mineral gübrələrin və pestisidlərin güzəştli qiymətlə satılmasına görə dövlət büdcəsindən ayrılan subsidiyanın hesablanması və ödənilməsi sisteminə cari nəzarətin və maarifləndirmə səviyyəsinin gücləndirilməsi zərurəti yaranıb.

Eləcə də, 2007-ci ildən başlayaraq bu sahəyə subsidiyanın verilməsi və son illər ərzində dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitlərin artması şəraitində uyğunluq auditi ilə müəyyən edilmiş nöqsan və çatışmazlıqları yaradan halların qısa müddət ərzində aradan qaldırılması və dövlət büdcəsindən ayrılan müvafiq vəsaitlərin nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsi üçün bu növ subsidiyanın hesablanması və ödənilməsi prosesinin (mexanizminin, mərhələlərinin) elektronlaşdırılmasının sürətləndirilməsi vacibdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook