Kənd təsərrüfatında durğunluq - Səbəb nədir?
İyul 17
13:45
2024
Cari ilin ilk yarısında aqrar sektorda durğunlu qeydə alınıb. Kənd təsərrüfatında artım faktiki olaraq dayanıb, bitkiçilik seqmentində 1,7% kiçilmə olduğu qeyd edilir.
"Nəzərə almaq lazımdır ki, aqrar sahədə durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilər hesabına on minlərlə hektar sahənin fəal dövriyyəyə cəlb edildiyi dövrdə baş verir. İqlim dəyişikliklərinin sahəyə təsiri aşkar hiss edilir. İntensiv yağıntılar, sel və dolu kütləvi şəkildə əkinləri və məhsulları məhv edib".
Ekspertin fikrincə, ölkədə səmərəli və yüksək elmi potensiala əsaslanan aqrar idarəçilik də qurmaq mümkün olmayıb:
"Aqrar sektor Azərbaycan üçün son dərəcə həssas sahədir - təkcə ərzaq təhlükəsizliyi baxımından yox. Ölkə əhalisinin ən azı üçdə birinin gəlirləri və məşğulluğu bu sahəyə bağlıdır".
"Bu ilki sel və yağıntılar təsərrüfatlar üçün həddən artıq böyük zərər yaradıb", - deyə R. Ağayev əlavə edib.
Bunu iqtisadçı deputat Rövşən Ağayev deyib. O bildirib ki, son 5 ildə (2019-2024-cü illər) oxşar hal yalnız bir dəfə - 2022-ci ilin ilk yarısında qeydə alınıb: