“Kəpəz” futbol klubunun azarkeşləri yeni mövsümdə rekorda imza atıblar
Aprel 11
16:31
2017
Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçirilən "Kəpəz” – "Neftçi” qarşılaşması yeni rekordla əlamətdar olub.
Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanı 10 min tamaşaçı izləyib. Bu, 2016-2017-ci il mövsümünün ikinci yarısı üçün rekord göstəricidir. Ümumilikdə cari mövsümdə bir qarşılaşmaya 10 min və daha çox tamaşaçının gəlməsi artıq dördüncü dəfədir. İlk üç oyunda da ən çox azarkeş məhz Gəncə şəhər stadionunda qeydə alınıb. Həmin görüşlər mövsümün ilk yarısına təsadüf edib. "Kəpəz”in "Qarabağ” ilə oyununu 14 min 238, "İnter”lə qarşılaşmasını 10 min 650, "Zirə” ilə görüşünü isə 10 min azarkeş izləyib. Mövsümün üçüncü göstəricisinin təkrarı olan "Kəpəz” – "Neftçi” matçı qış fasiləsindən sonrakı dövr üçün mütləq rekorddur.
"Kəpəz” komandası "Neftçi” ilə oyunda 2:0 hesabı ilə qalib gəlib.