SON XƏBƏR

Kərə yağı gömrükdə 50 qəpik, marketlərdə 8 qəpik ucuzlaşıb – Rəsmi

İyul 18
20:30 2024
Bu ilin ilk 6 ayı ərzində Azərbaycana xarici ölkələrdən 71 milyon dollar dəyərində 13,5 min ton kərə yağı idxal edilib.

Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağının idxalı artıb.

Belə ki, ötən ilin ilk 6 ayında ölkəyə 47 milyon dollar dəyərində 8,5 min ton kərə yağı idxal olunub.

Qeyd edək ki, kərə yağının idxalı artsa da, 1 kiloqram kərə yağının orta gömrük dəyəri 5,3% və ya 50 qəpik ucuzlaşaraq 8 manat 90 qəpiyə düşüb.

Onu da bildirək ki, idxal olunan kərə yağının gömrük dəyəri 50 qəpik aşağı düşsə də, marketlərdə idxal kərə yağının qiyməti daha az ucuzlaşıb. Ötən ilin iyun ayında marketlərdə idxal kərə yaxının 1 kiloqramının orta satış qiyməti 19 manat 97 qəpik olduğu halda, bu ilin iyun ayında 19 manat 89 qəpik olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, son bir ildə idxal kərə yağının satış qiyməti cəmi 0,4% və ya 8 qəpik ucuzlaşıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook