SON XƏBƏR

Kərkicahan ordumuzun tam nəzarətinə keçib

Sentyabr 23
11:57 2023
Kərkicahan qəsəbəsi Azərbaycan ordusunun nəzarətinə keçib.

"AzPolitika.info” xəbər verir ki, bu barədə qondarma rejimin sabiq "ombudsmanı” Artak Beqlaryan məlumat yayıb.

O, bildirib ki, Kərkicahan qəsəbəsi hazırda Azərbaycan əsgərlərinin tam nəzarəti altındadır. Məlumata görə, qəsəbəyə bitişik Xankəndi məhəllələrində yaşayan erməni sakinlər oradan təxliyə olunublar.

Qeyd edək ki, Kərkicahan — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbədir.

28 dekabr 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Kərkicahan, 10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook