"Keşlə" klubu: "Mehman Babayev və Asəf Səfərov istintaqa dəvət olunub"
Dekabr 17
10:47
2019
"Keşlə”nin əsas komandasının məşqçisi Mehman Babayev və inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunub, onların izahatları alınıb.
Qlobal.az xəbər verir ki, bu barədə məlumatı paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.
Bildirilir ki, adı çəkilən şəxslər 2017-ci ildə "Binə” klubundakı fəaliyyətlərinə görə izahat veriblər. "Keşlə” rəhbərliyi müvafiq araşdırmanın nəticələrindən sonra Babayev və Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.
Kub aparılan araşdırmalarda "Keşlə"nin heç bir aidiyyatının olmadığını bəyan edib: "Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir".

Qlobal.az