SON XƏBƏR

"Kiçik addımlarla Azərbaycanla etimad mühiti yaratmağa çalışırıq" - Erməni deputat

Aprel 22
14:37 2024
Ermənistan kiçik addımlarla Azərbaycanla etimad mühiti yaratmağa çalışır və Tavuş istiqamətində sərhədin delimitasiyası bu məntiqə uyğundur.

"Report” "Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin "Mülki müqavilə” fraksiyasından olan deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan bildirib.

"Real siyasət konsensusun əldə oluna biləcəyi və irəliləməyə davam edə biləcəyimiz sahələri (sərhədləri) tapmağa çalışmaq üzərində qurulur. Nəticə etibarı ilə, kiçik addımlarla qarşılıqlı etimad bəzi epoxal qərarlardan daha vacibdir”, - o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda sərhəddə sabitliyin olmasını və təhlükəsizliyin artırılmasını istəməyən qüvvələr var: "Bütün qonşularla 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun gələn ən dəqiq, demarkasiya edilmiş sərhədin olmasını təmin etmək üçün hər iş görülməlidir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook