SON XƏBƏR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi maliyyə hesabatını açıqlayıb

May 09
16:33 2020
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ildə əldə etdiyi gəlirlərin hamısını xərclərinə yönəldib.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il KOBİA 7,7 milyon manat əməliyyat gəlirləri əldə edib. Bu, əvvəlki ilə nisbətən təxminən 61 dəfə çoxdur.

Hesabat dövründə qurumun xərcləri də elə bu qədər olub. Belə ki, Agentliyin istifadə etdiyi materialların dəyəri 136 min manat (illik müqayisədə 8,5 dəfə çox), işçi heyəti üzrə xərcləri 4,7 milyon manat (4,2 dəfə çox), amortizasiya xərcləri 314 min manat (əvvəlki il olmayıb), əməliyyat xərcləri isə 2,6 milyon manat (5,4 dəfə çox) təşkil edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook