SON XƏBƏR

Kim Çen Indan tarixi addım: Cənubi Koreya prezidentini ölkəsinə dəvət etdi

Fevral 10
12:52 2018
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çe İni ölkəsinə dəvət edib.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, dəvət Kim Çen Inın bacısı Kim Yo Çen vasitəsilə edilib. O, hazırda Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən Şimali Koreyanın nümayəndə heyətinə rəhbərlik edir. Cənubi Koreya prezidenti və Kim Yo Çen arasında görüş keçirilib və görüşdə Mun Çe İn iki ölkə arasındakı münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Kim Yo Çenin Cənubi Koreyaya səfəri Kim ailəsi üzvünün 1950-1953-cü il Koreya müharibəsindən sonra qonşu ölkəyə ilk gedişi hesab edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook