SON XƏBƏR

Kimlərin maliyyə əməliyyatı nəzarətə alınır? - DİQQƏT

Mart 23
13:40 2021
Maliyyə Monitorinqi Xidməti terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barələrində sanksiya tətbiq edilən şəxslərin yeni siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahını yeniləyib.

Qeyd edək ki, siyahıda adı olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinin və həmin aktivlərlə əməliyyatların təxirəsalınmadan dondurulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması tələb olunur. Belə şəxslərə hər hanı bir formada yardım edilməsi və ya onların mənfəət əldə etməsinə imkan yaradılması qadağandır. Eləcə də bu şəxslər tərəfindən pul əməliyyatlarının aparılmasına da qadağa var.

Yenilənmiş siyahıya əsasən burada 800-nəfərdən artıq şəxsin adı var. Bunlardan 300-ə yaxını Azərbaycan vətəndaşları, 500-ü isə xarici vətəndaşlardır.

Belə şəxslərin əməliyyatlarına müxtəlif qurumlar, o cümlədən banklar və maliyyə təşkilatları, notariuslar, aiuditor şirkətləri və sair tərəflər vasitəsilə nəzarət edilir.

Auditor Palatası da auditorlara müraciətində bu siyahının yeniəndiyini bildirir və nəzərə almalarını tələb edir: "Martın 12-nə qüvvədə olan siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir”.

Aşağıdakı hallarda Azərbaycan vətəndaşları və şirkətləri bu siyahıya daxil edilir:

1. Terror fəaliyyəti ilə əlaqəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan hüquqi şəxslər;

2. Cinayət Məcəlləsinin 102, 214, 214-1, 215, 219, 219-1, 277, 278, 279, 280 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin hazırlanmasına, təşkil olunmasına və ya törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məhkum edilmiş şəxslər;

3. Cinayət Məcəlləsinin 102, 214, 214-1, 215, 219, 219-1, 277, 278, 279, 280 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin hazırlanmasına, təşkil olunmasına və ya törədilməsinə görə barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət işinin başlanması və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarılmış şəxslər;

4. Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada tanınmış xarici dövlətlərin məhkəmələrinin qərarlarına əsasən terror fəaliyyəti ilə əlaqəsi sübut edilmiş fiziki və ya hüquqi şəxslər;

5. kifayət qədər əsaslar müəyyən olunduqda və ya xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsaslı hesab edildikdə, Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı əsasında terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsində iştirak edən, həmin əməllərin törədilməsinə kömək və ya cəhd göstərən fiziki və ya hüquqi şəxslər, bu şəxslərin birbaşa və ya dolayısilə sərəncamında, sahibliyində və ya istifadəsində olan hüquqi şəxslər, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər.

6. Xarici ölkələrin səlahiyyətli orqanlarının müraciətində qeyd olunan şəxslərin bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini güman etməyə kifayət qədər əsaslar olduqda, Dövlət Təhlükəsizliyi Xidməti həmin sənəddə göstərilən şəxslərin Ölkədaxili Siyahıya daxil edilməsi haqqında qərar qəbul edir.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook