Kino sahəsində yeni təyinatlar olub
Noyabr 13
09:21
2015
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev studiyaya yeni rəhbər təyin edilib.
Bir müddət əvvəl "Mozalan” studiyasına rəhbərlik Müşfiq Hətəmova həvalə olunmuşdu. Qısa müddətdə "Mozalan” studiyasında bir sıra islahatlar aparıldı, iki yeni film çəkildi və bu sahədə maddi-texniki baza gücləndirildi. Hazırda rəhbərliyin əmri ilə studiyanın rəhbəri Əlisəttar Quliyev təyin olunmuşdur.
Nazir Əbülfəs Qarayevin digər əmri ilə "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşviq Hətəmova öz vəzifəsində qalmaqla "Azanfilm” studiyasının direktoru vəzifəsi səlahiyyətləri də müvəqqəti olaraq həvalə olunmuşdur. Azərbaycanda yeni cizgi filmlərinin çəkilməsi, bu sahənin daha da inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu yeni tələblər çərçivəsində bu istiqamətdə işlər davam edəcəkdir.