SON XƏBƏR

Kinonu beşikdə boğan senzura: büdcədən ayrılan pullar hara gedir? (ARAŞDIRMA)

İyul 25
12:02 2017
Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib. Qəliz olmasına kino sahəsində çalışan insanlar qərar versələr də, vacibliyini hər kəs bilir.
 
Azərbaycanda kino sənayesi XIX əsrin sonu XX əsrin əvvəlindən yaranmağa başlayıb. SSRİ-nin zamanında filmin əsas məqsədi təbliğat idi. Texnikanın insanları robotlaşdırığı dövrdə filmlər onların ruhuna sirayət edən ən yaxşı sənət nümunələri hesab olunur.
 
Dövlətimiz müstəqillik qazandıqdan sonra Azərbaycan filmi inkişaf edə bildimi? Ümumiyyətlə, kino sahəsinə yetərincə sərmayə ayılırmı? Ayrılırsa rejissorlara hansısa şərt qoyulurmu?
 
Bu sualların cavabını bu sahənin içində olan insanlar daha yaxşı bilər. Biz də bu sullara cavab tapmağa çalışdıq və kino sahəsində fəaliyyət göstərən insanlara müraciət etdik.
 
İlk müraciət etdiyimiz kinoşünas Aygün Aslan "Qaynarinfo"ya açıqlamasında kino strukturunun düzgün formalaşmadığını dedi:

"Son illərdə 4 gənc rejissorun "40-cı paralel", Asif Rüstəmovun "Axınla aşağı", Elçin Musaoğlunun "Nabat", Yavər Rzayevin "Xeyirlə şərin rəqsi" filmləri çəkilib. Bu il ərzində dövlət büdcəsi hesabına çəkilən filmlərdən rejissor İlqar Nəcəfin "Nar bağı" filmi,  Babək Şirinsifətin "Üçüncü günün adamı” kimi filmlər ərsəyə gəlib. Bu filmlərin arasında Asif Rüstəmovun "Axınla aşağı" filmi "İpək Yolu Beynəlxalq" film festivalının mükafatına layiq görülüb və "Karlovy Vary Beynəlxalq Film Festivalı"nda iştirak edib. Elçin Musaoğlunun "Nabat" filmi isə 71-ci Venesiya kinofestivalında maraqla qarşılanıb. Filmlərə ayrılan büdcələr əsasən gizli saxlanılır. "Üçüncü günün adamı” filmin yazılmasında mən də iştirak etdiyim üçün ona 1 milyon 150 min manat  büdcə ayrıldığını bilirəm. Devaliyasiyadan sonra kino sahəsinə ayrılan maliyyə dəstəyi xeyli azalıb. 2017-ci ilin yanvar ayına kimi büdcədən 6 milyon manat pul ayrılsa da, ondan sonra bu məbləğ 1 milyon manata düşüb. Adlarını çəkdiyim filmlər isə ayrılan büdcənin 6 milyon manat olduğu vaxtlarda çəkilib. Bu filmlər təxminən, 500 min - 1 milyon manat arasında məbləğ alınıb".
 
Müasir filmlərimiz televiziya kanallarında çox az hallarda televiziya nümayiş olunur. Bunun səbəbi nədir? Aygün Aslan bunu malİyyə məsələləri ilə əlaqələndirir: 
"Çünki buna görəpul ödəməlidirlər. Kanallar pul buna görə köhnə filmləri nümayiş etdirməyə üstünlük verir. Əslində böyük məbləğ deyil. Bildiyimə görə, 70-80 AZN arası dəyişir. Amma "Space" telekanalında ildə bir dəfə yeni filmlər həftəsi keçirilir və orda həmin filmlər nümayiş etdirilir".
 
Bəs Azərbaycan rejissorları ən çox hansı janrda film çəkməyə üstünlük verir? Kinoşünas bildirir ki, janrlar vərqli olur: 
 
"Dövlət büdcəsindən ayrılan vəsait əsasında daha çox sənədli filmləri çəkilir. Lakin bu onların iddiasıdır. Amma janrlar müxtəlif olur. Məsələn, Ülviyyə Könülün "Həddən artıq uyğunluq" filmi melodram janrında çəkilib. Bir də onu da qeyd edim ki, daha çox vətənpərvərlik mövzusunda olur. Gözünə qatıb psixoloji filmlər çəkənlər də var. Janrlar fərqli ola bilir.
Heç kimə sirr deyil ki, Azərbaycan filmləri dunya arenasına çıxa bilmir. Bəs nədir çatışmayan cəhətlər? Aygün Aslanın fikrincə,bir çox problem, çatışmayan cəhət var:
"Nələr çatışmır, nələr... Problem sistemdədir. Yəni, heç nə düzgün qurulmayıb. İstər ssenari seçimi olsun, istərsə də büdcənin ayrılması, şəffaflıq yoxdur. Növbədə nə qədər gözləyən rejissor var gözləyən, amma Mədəniyyət və Turizm Nazirliyinin Kino Yaradıcılığı sektorunun müdiri Yusif Şeyxovun 3 filmi ard-arda çəkilib. Onlar yaxşı yox, özlərinə sərf edən, lazım olan ssenariləri seçirlər. Rejissora çəkliş prosesində çox problem yaradılır. Ona görə də heç bir şəffafflıqdan və inkişafdan söhbət gedə bilməz. Bir də dövlətin filmlərə qoyduğu senzuralar var. Biz də boşanma, intihar və s. bu kimi mövzularda olan filmlərə büdcə ayrılmır. İcazə yoxdur. Sistem başdan-ayağa səhv olduğu üçün yaxşı film çəkmək olmur. Rejissor nə qədər yaxşı olsa da, onların işinə olan müdaxilə imkan vermir ki, öz işini ortaya qoya bilsin. Bu və bu kimi səbəblərin çoxluğundan bizim filmlərin dünyaya çıxması mümkün deyil. Amma onu da qeyd edim ki, dövlət büdcəsi ilə deyil, öz hesabına film çəkən rejissorların işləri festivallarda iştirak edir və mükafat da ala bilirlər". 

Gənc rejissor Elvin Adıgözəl bildirir ki, film üçün ayrılan büdəyə Mədəniyyət və Turizim Nazirliyi nəzarət edir və senzuralar tətbiq olunur: 

"2009-cu il də mən kino sahəsinə yeni gələndə, kiçik texniki imkanlarla qısa metrajlı filmlər çəkməyə başladım. Daha sonra əvvəllər işlədiyim fransız prodüsser bir layihəm üçün Mədəniyyət və Turizim Nazirliyinin film sektoruna nəzarət nümayəndələri ilə görüşdü. Sonra isə mən onlarla görüşdüm. Amma nəticədə öyrəndim ki, çəkilən film üçün ayrılan büdcəyə nəzarət edilir və senzuralar mövcuddur. Ona görə də birdəfəlik müstəqil fəaliyyət göstərmək barədə qərar verdim. Çəkdiyim qısa metrajlı filmlərlərə görə bir-iki festivala qatıldım. 2011-ci ildə "Buqəlamun" filmini çəkməyə başladım. Bu filmin çəklişi üçün 10 min manat pul lazım idi və bu pulu filmin ortaq rejissoru tapdı. Eyni zamanda yerli prodüsserin və fransız prodüsserin də müəyyən köməyi oldu. Ümumilikdə az büdcə, kiçik heyət ilə bu filmi çəkdim. "Buqələmun” 2013-cü ildə Azərbaycan kino sənəti tarixində ilk dəfə LOCARNO beynəlxalq film festivalının yarışma siyahısına daxil oldu. Bütün bu proseslər onu göstərdi ki, Azərbaycanda film çəkmək və dünyaya çıxmaq olar. Sonra yenidən 2014-2015-ci illərdə də qısametrajlı filmimlər festivallarda iştirak etdim. Hazırda yeni film üzərində işləyirəm". 
 
Onun fikrincə, kino sənayesi Mədəniyyət və Turizim Nazirliyinin nəzarətindən çıxmalıdır:  

"Azərbaycanda kino industriyası yoxdur. Bunu belə izah etmək olar ki, sənət filmi çəkən adamların sənayesi mövcud deyil. Yəni, ölkədə film fondları olmalı, film festivallar, co-production forumlar və s. keçirilməlidir. Azərbaycanda bir dənə də olsun film festivalı keçirilmir və bu böyük faciədir. Məsələn, Rusiyada "Moskva", Ermənistanda "Qızıl Ərik", Türkiyədə  "İstanbul", "Ankara","Antalya", Gürcüstanda "Tiflis", "Batumi" və s. kimi müəyyən dərəcədə məşhur film festivallar var. İstəyərdim ki, mənim filmimə pul ayrılsın. Amma film çəkilişinə, sözdə film sənayesinin inkişafına ayrılan məbləğə Mədəniyyət və Turizim Nazirliyinin məmurları nəzarət edir. Ümumiyyətlə, dünyada dövlət büdcəsində kinoya ayrılan pullar fondlara, film mərkəzlərinə, xüsusi filmlə məşğul olan QHT-lərə verilir. Nazirliyin daha əhəmiyyətli işləri olmalıdır. Onlar mədəni tədbirlərə dəstək olmalıdır, vəssalam. Kino siyasət deyil, sənətdir. Onlar kinonu nəzarətdə saxladıqca, dünyada çox pis imic yaradırıq. Heç bir xarici prodüsser bu ölkə ilə ortaq, ciddi film istehsal etmək istəmir. Bu gedişlə də biz heç vaxt dünya səviyyəli festivallarda iştirak edə bilmərik. Məsələ burasındadır ki,  bu gün ölkədə dövlət büdcəsi hesabına çəkilən yarım milyon manatlıq və daha çox büdcəsi olan filmlər Kann, Berlin, Venesiya, Locarnonun əsas yarışma bölmələrinə düşmürlərsə, bu artıq biabırçılıqdır. Mən 10 min manata çəkdiyim filmlə LOCARNO beynəlxalq film festivalında yarışa bildimsə, demək ki, dəstək olsa daha yaxşı işlər görmək olar".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook