“Kişmiş“də planlaşdırılan şou silsiləsindən: səhv, yoxsa sifariş?
Dekabr 20
20:13
2018
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Sumqayıt”ın 0:1 hesabıyla yenilərək mərhələ adlaması böyük şübhələrə yol açdı.
Bir müddət öncə "Kişmiş” restoranında AFFA-nın Hakimlər və Hakim İnspektorlar Komitəsində aparıcı simalardan olan Elçin Məmmədovla görüşən "Neftçi” rəsmilərinin ədalət təmsilçilərinə ciddi təsir üsulu axtardığı da müəyyən mənada isbatlandı.
Rəqib meydanında "ağ-qaralar”ın qapısına 2 cavabsız qol vuran "kimyaçılar”ın oyun boyu referinin və laysmanların təzyiqini hiss etdiyi faktdı. Bakı təmsilçisi sona yaxın ümumi hesabı bərabərləşdirmək üçün irəli atılan zaman baş verən rəzalət isə...
Hə, 87-ci dəqiqədə Arif Daşdəmirovun ikinci "sarı”yla meydandan qovulması rüsvayçılığa meydan verdi. Orxan Məmmədovun qərarını fanatlarla yanaşı "milliləşdirilmiş” dağıstanlı özü də fitə basdı. Hələ görüşün ilk yarısında tribunada əyləşən "Neftçi” futbolçularına və rəsmilərinə təpki göstərən, komandaları azlıqda qalanda "birini də qapıçıya ver”, "sudya”, cəriməni özün vur” qışqıran azarkeşlərdən fərqli olaraq Daşdəmirov sözünü komandası 1/2 finala yüksələndən sonra dedi.
"Qol.az” saytına müsahibə verən Arifin "səhv” adlandırdığından sifariş qoxusu gəlir: "Hesab edirəm ki, hakim sarı vərəqəni mənə səhv göstərdi. Çünki mən orada heç nə etmədim: heç kimi itələmədim, vurmadım. Düzdür, həmin vaxt gərginlik var idi, ona görə də yaxınlaşdım, söhbət etdim. Rəqib futbolçular Xəyala təzyiq göstərirdilər. Komanda yoldaşıma dəstək məqsədilə ora getdim. Adi danışıq oldu, bu qədər. Qoy, oyunun videoyazısına baxsınlar. Mənim əlim arxada idi. Yenə deyirəm, heç kimi vurmamışam. Sadəcə, danışmaq üçün rəqib futbolçulara yaxınlaşdım. Artıq bir dəfə rəsmi xəbərdarlıq edilmişdi. Ona görə də ikinci sarı vərəqəni göstərmək lazım deyildi. Hakim mənə yaxınlaşanda dedim ki, vərəqəni səhv göstərirsən. Həmin vaxt yan xətt hakimi də ona məni işarə etmişdi. Ona görə cəzalandırdı. Ümid edirəm ki, ikinci sarını ləğv edəcəklər. Görək, necə olur”.
Şübhəsiz, yekunda sumqayıtlıların iki görüşün nəticəsinə görə uduzmaması ümumi ab-havanı qismən sabitləşdirdi. Amma "Kişmiş” restoranında başlayan şounun ardı olacaq. Gözləyin, diqqətlə izləyin!

(Fanat.Az)
Qlobal.az