SON XƏBƏR

Kiyevdə "danışan muzey" istifadəyə verildi - FOTOLAR

Avqust 05
12:17 2019
Ukrayna millətinin tanınmış nümayəndələrinin 100-dən artıq fiquru, onlarla bağlı 25 süjet kompozisiyası, həmçinin qədim əmək alətləri və müxtəlif dövrlərin silahları Kiyevdə açılan "Ukrayna millətinin təşəkkülü” adlanan innovasiyalı muzeyin eksponatıdır.
 
Qlobal.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bütün fiqurların mumdan deyil, silikondan hazırlanması, bəzi fiqurların hətta danışmağı bacarması  və ziyarətçilərin hərəkətlərinə reaksiya vermələri diqqətəlayiqdir. Təqdim olunan hər bir ekspozisiya səslə müşayiət edilir, xüsusi effektlərə və hətta qoxuya malikdir.
 
Layihənin yaradıcısı Valeri Qalan AZƏRTAC-a müsahibəsində bildirib ki, muzeyin yaradılmasından başlıca məqsəd Ukrayna millətinin ən yaxşı təmsilçilərini təqdim etmək, bununla da gənclər arasında öz milləti ilə bağlı qürur hissini gücləndirmək və onlarda Vətənə sevgi tərbiyə etməkdir.
 
Qlobal.Az
 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook