Köməkçisinin ərindən İlhaməylə bağlı - Fakt
Fevral 20
21:37
2016
Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov primadonna ilə bağlı şok açıqlamalar verib.
Publika.az-a danışan T.Hüseynov bir müddət öncə, İlhamə Quliyevaya müraciət edərək barışıq təklifi etdiyini, əvəzində sarsıldığını deyib:
"İlhaməyə zəng etdim, ona dedim ki, siz də tanınmış insansınız, Mehriban da. Gəlin barışın, hər şey bitsin. Haqsız yerə bir insanı həbsə atdırmaq ədalətsizlikdir. Biz danışdığımız vaxt oğlu Orxanın dostu Vüqar telefonu onun əlindən aldı. Dedi ki, yaxşı, biz razıyıq, amma Mehribanın bizə vurduğu ziyanın əvəzində 45 min manat pul gətirməlisən. Şok oldum ki, ay qardaş, axı Mehriban sizə hansı ziyanı vurub ki, hələ bir 45 min də pul ödəsin. Sonradan bir də İlhaməyə zəng vurmadım. Bilirəm ki, xeyri olmayacaq, dediyini deyəcək”.