KOBİA layihələrdən imtina səbəblərini gizli saxlayır? - NARAZILIQ
May 26
10:56
2021
Azərbaycanda son illər iqtisadi inkişafın təkmilləşdirilməsi və sürətləndirilməsi məqdəsilə xeyli sayda qurumlar yaradılıb. Bu qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).
Qlobal.az xəbər verir ki, nizamnamə və strukturu 2018-ci ildə təsdiq edilən KOBİA İqtisadiyyat nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Fəaliyyətinin 3-cü ilini gələn ay tamamlayacaq KOBİA telefonu, faksı işləməyən, elektron poçtun nə olduğunu bilməyən digər dövlət qurumlarından müsbət mənada fəqrlənə bilib. Hətta qurumun feysbuk səhifəsi də var. Lakin KOBİA-nın fəaliyyətindən narazı qalan insanların da sayı yetərincədir. Buna səbəb isə Agentlik tərəfindən keçirilən müsabiqələrdir. Narazı olan insanlar bildirirlər ki, Agentliyin ekspert komissiyası təqdim olunan layihələri bəzən düzgün qiymətləndirmir, imtina səbəblərini açıqlamırlar.
Bu neqativ halın Agentliyin təhsil, elm, tədqiqat və dəstək layihələri ilə bağlı son müsabiqəsində də baş verdiyini iddia edənlər var. Məsələn, KOBİA-nın sözügedən layihənin tədbiri ilə bağlı feysbuk səhifəsində etdiyi paylaşımın şərh hissəsində Elxan Mərdanlı adlı şəxs layihəsinin imtina səbəbinin izah edilmədiyini bildirir.
Cəbrayıl Vəliyev adlı şəxs də layihənin imtina səbəbinin poçt qutularına göndərilmədiyini qeyd edir.
Mirzə Rəşad Bakuvi adlı şəxsin narazılığı isə fərqlidir: "Bizə isə maliyyə yardımı və ya investisiya köməyi edilmədiyi bildirilirdi həmişə. Görəsən biz hansı ölkənin vətəndaşı olmalıyıq ki, milyonlarla işsizin olduğu ölkədə iş yerləri yaradılması təşəbbüslərindən kənarda qalmayaq.".

Sosial şəbəkələrdə edilən müzakirələrdə isə yaranmış problemin səbəbi kimi KOBİA-nın ekspert komissiyalarının üzvlərinin əksəriyyətinin qeyri-peşəkar olması göstərilir.
Qlobal.az