SON XƏBƏR

Komitə: Daşınmaz əmlakla əməliyyatlar artıb

Avqust 10
10:19 2016
Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən indiyədək 500 min dəfədən artıq istifadə edilib.
 
Komitədən "APA-Economics”ə verilən məlumata görə, elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, təqribən 263 mini daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - "Forma-1”in alınmasına aiddir.
 
"Statistika göstərir ki, hər ay vətəndaşlara orta hesabla 10 mindən artıq "Forma-1” arayışları onlayn formada təqdim edilir. 2015-ci ilin ilk 4 ayında 37 minə yaxın "Forma-1” arayışı təqdim edilibsə, 2016-cı ilin eyni dövründə bu arayışların sayı təqribən 20% artaraq 44 mini keçib. Artımın əsas səbəbi, daşınmaz əmlakla əməliyyatların artması və arayışın alınmasının sadələşdirilməsidir”, - deyə məlumatda vurğulanıb.
 
Eyni zamanda, bu ilin birinci yarısı ərzində "Forma-1” arayışlarının real vaxt rejimində notariuslara verilməsi ilə bağlı daxil olan müraciətlərin sayında da ciddi artım müşahidə olunur. 2016-cı ilin ilk 6 ayı ərzində bu say 62 mindən çox olub.
 
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əhaliyə 3-ü SMS xidmətlər olmaqla 31 adda elektron xidmət göstərilir. 


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook