Konqres Ukraynaya yardıma nə vaxt səs verəcək? - Yeni tarix açıqlandı
Mart 25
10:45
2024
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Pasxa bayramından dərhal sonra Ukraynaya yardım haqqında qanun layihəsinə səsvermə keçirməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bunu Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, respublikaçı konqresmen Maykl Makkol CBS telekanalının Face the Nation proqramına müsahibəsində deyib: "O, bunu Pasxa bayramından sonra səsverməyə çıxarmağı öhdəsinə götürdü və biz bu qanun layihəsi üzərində işləyirik".
"Əfqanıstanda olduğu kimi Ukraynada da uduzsaq, Putinə uduzsaq, onun Ukraynanı, Moldovanı, Gürcüstanı almasına icazə versək, Əfqanıstandakı kimi müttəfiqlərimizi tərk etsək, bu, ABŞ-ı daha güclü və ya zəif edəcək? Mən daha zəif hesab edirəm", - Makkal deyib.
Onun dediyi kimi, Conson Ukraynaya yardımla bağlı indi "çətin vəziyyətdədir”. Bu onunla əlaqədardır ki, bəzi respublikaçı konqresmenlər onu vəzifədən uzaqlaşdırmaq niyyətindədirlər və artıq prosesə başlayıblar.
UNİAN-ın xəbərinə görə, ABŞ Senatı Ukraynaya 60 milyard dollar yardım ayrılması haqqında qanun layihəsini qəbul edib, lakin Conson bunu səsverməyə çıxarmayıb. O, ilk növbədə Amerika hökumətinin maliyyələşdirilməsini tələb edib.
Martın 22-də ABŞ Senatı 1,2 trilyon dollarlıq hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 74 senator, əleyhinə isə 24 senator səs verib.
ABŞ prezidenti Co Bayden martın 24-də ABŞ hökumətinin maliyyələşdirilməsi üçün büdcəni imzalayıb və Ukraynaya yardıma çağırıb.
Bu yaxınlarda bildirilib ki, Demokratlar Nümayəndələr Palatasının spikeri Mayk Consonun vəzifəsini saxlamağa razılıq verməzdən əvvəl Ukraynaya yardım üçün irəliyə doğru yol göstərməsini istəyirlər.
Qaynarinfo xəbər verir ki, bunu Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, respublikaçı konqresmen Maykl Makkol CBS telekanalının Face the Nation proqramına müsahibəsində deyib: "O, bunu Pasxa bayramından sonra səsverməyə çıxarmağı öhdəsinə götürdü və biz bu qanun layihəsi üzərində işləyirik".
Konqresmenin fikrincə, Ukraynanı dəstəkləməkdən imtina ABŞ-ı zəiflədə bilər.