SON XƏBƏR

Konqresin İranla bağlı qətnaməsi səhv addımdır – Ağ Ev

Yanvar 10
12:14 2020
ABŞ Nümayəndələr Palatasının prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən icazəsiz istifadə etməsini qadağan edən qətnaməsi Ağ Ev tərəfindən müsbət qiymətləndirilməyib.

"TASS” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli bildirib.

O, Trampın prezident olaraq ölkəni və amerikalıları terror fəaliyyətindən qorumaq hüququna sahib olduğunu vurğulayıb. Onun fikrincə, "ABŞ Prezidentinin addımları dünyanı daha təhlükəsiz bir yerə çevirir”.

Qidli qətnaməni ölkənin hərbi qüvvələrinin İranın terror fəaliyyətlərinin qarşısını almaq qabiliyyətinə xələl gətirəcək bir səhv adlandırıb. (apa)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook