Kooperasiya Universiteti akkreditasiyasız fəaliyyət göstərir?
Aprel 06
08:02
2024
Azərbaycan Kooperasiya Universitetinin bağlanacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Qaynarinfo-nun məlumatına görə, universitetin mətbuat xidmətindən məlumatın həqiqəti əks etdirmədiyi bildirilib:
"Paylaşım əvvəlcə "Telegram”, daha sonra isə "TikTok” sosial şəbəkəsində paylaşılıb. Bəyənmə və rəy toplamaq məqsədi ilə tələbələrdən biri tərəfindən hazırlanıb.
Bununla bağlı universitet kollektivinə hər hansısa bir xəbərdarlıq edilməyib. Yoxlama aparılmayıb. Paylaşılan məlumatın heç bir rəsmi əsası yoxdur”.
Apardığımız araşdırmaya görə, Azərbaycan Kooperasiya Universiteti Akkreditasiya üzrə Məsləhət Şurasının qərarına əsasən, Təhsil Nazirliyinin (İndiki Elm və Təhsil Nazirliyi) 13.07.2012-ci il tarixli 1361 saylı əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunub. Universitetin son akkreditə müddəti 2022-2023-cü təhsil ilində tamamlanıb.
Azərbaycan Kooperasiya Universiteti 2023-2024-cü tədris ili üçün akkreditə olunmayıb.
Qlobal.az