Korrupsiya, inhisarçılıq, məmur müdaxilələri biznesi boğur - ŞƏRH
Mart 02
02:11
2021
"Bir araşdırma çərçivəsində Azərbaycan banklarında biznes kreditləri ilə bağlı məlumat toplayırdım. Kreditlər 14-18arası təklif olunur, əlavə xərclər də var. Ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 6,25 faizdir, dünyanın hər yerində MB-lərin uçot dərəcəsi ilə kredit faizləri arasında birbaşa bağlılıq olur, ciddi korelyasiya görülür. Dünyanın heç yerində uçot dərəcəsi ilə biznes krediti arasında 3 dəfəyə yaxın fərq olmur, bu mümkün deyil".
"Bir anlıq təsəvvür edin ki, mən kiçik (orta) sahibkaram, məsələn, çayçılıqla məşğul olmaq istəyirəm. Gedirəm Banka, mənə maksimum 3 illik 15 faizlə biznes krediti təklif olunur. Mən o krediti götürüb çay kolları əkməyə başlayıram, ilk məhsulu 6 ildən sonra götürəcəm, amma elə ilk 3 ildəcə götürdüyüm 50 min (məsələn) kreditin yarısı qədər kredit faizi ödəməliyəm, sonra isə yenə 3 illik kredit götürməliyəm ki, kollara qulluq edim, anbarlar hazırlayım, avadanlıqlar alım. Həmin bank mənə yenə 3 illik 15%-lə kredit verir, yenə 50 min götürməliyəm, ilk məhsulun alındığı ilə, yəni 6 ilin tamamına mən 100 min kredit, 100 minə yaxın da faiz qaytarmalıyam.
Belə biznes qurmaq isə mümkün deyil. Yəni 6 ilə kolların böyüməsi, məhsul verməsinə qədər 200 min ziyandayam, mən nə qədər qazanmalıyam ki, ziyanı da ödəyim, pul da qazanım?! Bu bir qırağa, 6 il kollar böyüyənə qədər mən o krediti, faizlərini necə qaytarmalıyam?!
Eyni yanaşma, amma fərqli müddətlər bağçılığa, heyvandarlığa, süd məhsulları istehsalına, balıq təsərrüfatlarına da aiddir”.
"2019-cu ildə bir tanışım Almaniyada işini böyütmək üçün Bankların birinə müraciət edərək biznes-plan təqdim etmişdi. Plana görə adam əlavə 10 iş yeri açmalı idi, Bank özü biznes-planı pulsuz təkmilləşdirir, ilk ili faizsiz, növbəti 2 ili isə hər ilə cəmi 1,5 faizlə kredit müqaviləsi təklif edir. 3 illik kredit, ortalama ilə 1 faizlə müqavilə bağlanılır. Keçən il pandemiyaya görə bank özü faizsiz müddəti daha 1 il (bu il üçün) uzadıb, qaytarılma müddətini isə 4 ilə qaldırıb, yəni 2 il faizsiz, 2 il kiçicik faizlə kredit müqaviləsi yenilənib və bu təklif bankın özündən gəlib.