SON XƏBƏR

Kosovoda gərginlik davam edir: Etirazçılar yolları bağladı

Avqust 01
17:49 2022
Kosovo hökuməti bazar ertəsi onun ərazisinə keçən Serbiya vətəndaşlarından əlavə sənədlər istəməyə başlayıb.
 
Bu barədə Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.
 
Qərara qarşı çıxan ölkənin şimalında yaşayan serblər iki sərhəd keçidinə gedən yolları bloklayıb. Kosovonun Serbiyadan müstəqilliyini elan etməsindən 14 il sonra, şimalda təxminən 50 000 serb hələ də Priştina hökumətini və onun qurumlarını tanımaqdan imtina edərək, avtomobil nömrələrindən və Serbiya hakimiyyəti tərəfindən verilmiş sənədlərdən istifadə edir. Hökumət Kosovoda yaşayan yerli sənəndsiz əhali daxil yerli serblərə Kosovo nömrə nişanlarına keçmək üçün 60 gün vaxt verən və Serbiya vətəndaşlarına sərhəddə əlavə sənədlərin verilməsini tələb edən qərarı sentyabrın 1-nə qədər təxirə salacağını bildirib. Ancaq bazar ertəsi səhər saatlarında çınqılla dolu yük maşınları və ağır texnika Kosovonun şimalındakı Brnjak və Jarinje sərhəd keçidlərinə gedən yolları bağlayandan sonra hökumət ən böyük sərhəd qapısı Merdaredə sənəd tələb etməyə başlayıb.

"Bu qərar bütün barrikadalar aradan qaldırılana, insanların və malların sərbəst hərəkəti təmin olunana qədər icra olunmağa davam edəcək", - Kosovonun daxili işlər naziri Xelal Svecla deyib.

NATO-nun rəhbərlik etdiyi KFOR missiyası vertolyotları əsasən serblərin yaşadığı və birbaşa Serbiya ilə əlaqəsi olan Kosovonun şimalı üzərində uçuş həyata keçirib. Brnjak və Jarinje sərhəd keçid məntəqələri bağlı qalıb.

İki ölkə arasında gərginlik yüksək olaraq qalır. Kosovo sülhü yerdəki 3770 əsgəri olan NATO missiyası tərəfindən qorunur. İtalyan sülhməramlıları bazar günü şimaldakı Mitrovitsa şəhəri və onun ətrafında görünüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook