Kralın Bakı səfərindən xəbər var...
Oktyabr 09
11:43
2024
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlz xərçəng xəstəliyinin müalicəsi fonunda noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim sammitində iştirak etməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Krallığın lideri 2024-cü ilin əvvəlindən xərçəngin açıqlanmayan formasından müalicə alır və qlobal iqlim dəyişikliyi konfransı onun və kraliçanın Avstraliya və Samoaya uzunmüddətli səfəri başa çatdıqdan cəmi iki həftə sonra başlayacaq. Saraydakı mənbələr "Daily Mirror" nəşrinə bildiriblər ki, monarxın hazırkı cədvəli ilə bağlı "çox ehtiyatlı olmaq" lazımdır.
"Kral toplantıda iştirakdan zövq alacaqdı, lakin o, artıq inanılmaz dərəcədə məşğuldur. Əlahəzrətin bu il konfransda iştirak etməməsi barədə qərar qəbul edilib", deyə mənbə əlavə edib.
Bildirilir ki, xaricə tur həkimin məsləhəti ilə məhdudlaşdırılıb, Yeni Zelandiyaya səfər də marşrutdan çıxarılıb və proqrama dəyişikliklər edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Xəbərdə deyilir ki, monarx uzun müddət ətraf mühit problemləri ilə bağlı kampaniya aparır, lakin noyabrın 11-dən 22-dək keçiriləcək Birləşmiş Millətlər Təşkilatının toplantısında iştirak etməyəcək.