SON XƏBƏR

Kralın həyat yoldaşı dövlət müavinətindən məhrum olacaq

İyul 15
09:00 2023
Kral III Çarlzın həyat yoldaşı kraliça Kamilla Britaniya hökumətindən heç bir müavinət almayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mirror” məlumat yayıb.

Milli Audit İdarəsi Kamillanın "ayrıca illik müavinət almayacağına və onun iştirakı ilə keçirilən tədbirlərin Dövlət Qrantı tərəfindən maliyyələşdiriləcəyinə" dair bir qərar verib. 

Dövlət müavinətini Kamillanın sələfi şahzadə Filip alıb. II Elizabetin həyat yoldaşı rəsmi kral vəzifələri üçün illik ödəniş hüququna malik idi. O, 359 min funt-sterlinü məbləğində müavinət alırdı.

Kamillanın tədbirlərini maliyyələşdirəcək dövlət qrantı kral mülklərinin mənfəətinin faizinə əsaslanacaq.

III Çarlz 2023-cü il mayın 6-da kral tacına çıxıb. Kraliça Kamilla 1911-ci ildə Kral V Corc və onun həyat yoldaşı Meri Tekin tacqoyma mərasimi münasibətilə hazırlanmış tac daş-qaşını və Kraliça Məryəmin tacını da alıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook