Kreditlə mənzil satışına niyə nəzarət edilmir?
İyul 26
09:51
2016
Samir Əliyev: «Mənzilin kreditlə satışı zamanı müştərinin maliyyə imkanları, ödəniş qabiliyyəti qiymətləndirilməlidir»
Nəzarət Palatasının qəbul etdiyi qərarlar bankları qoruması məqsədi daşıyır. Yəni bu addımlar problemli kreditlərin artmasının qarşısını almağa hesablanıb.
Amma hazırda geniş vüsət alan daha bir sahə, demək olar, nəzarətsiz qalıb. Azərbaycanda maliyyə böhranının hiss olunduğu zamanda mənzil bazarında bir hərəkətlilik yaşanır. Burada məqsədin mənzil bazarının çöküşünün qarşısını almaq olduğu aydındır. Mənzil bazarında hərəkətlilik isə uzunmüddətli və güzəştli kreditlərin verilməsi hesabına təmin edilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni kredit tələbindən sonra kredit verilə biləcək müştərilərin sayı xeyli məhdudlaşıb. Bundan başqa, banklar şəxsiyyət vəsiqəsilə kredit vermir, müştəri gəlirlərini rəsmi şəkildə sübut etməlidir.
Şikayətlərdən məlum olur ki, banklara kredit üçün müraciət edənlərin sayı çox, kredit ala bilənlərin sayı isə azdır. Müraciət edib kredit ala bilməyənlər isə banklara qarşı qəzəblidirlər. Onlar krediti ödəmək qabiliyyətində olduqlarını bildirərək, bankları yalan məlumat yaymaqda ittiham edirlər. Guya kampaniya elan edən banklar müraciət edənlərə kredit ayırmırlar.
Nəzarət Palatasının qəbul etdiyi qərarlar bankları qoruması məqsədi daşıyır. Yəni bu addımlar problemli kreditlərin artmasının qarşısını almağa hesablanıb.
Amma hazırda geniş vüsət alan daha bir sahə, demək olar, nəzarətsiz qalıb. Azərbaycanda maliyyə böhranının hiss olunduğu zamanda mənzil bazarında bir hərəkətlilik yaşanır. Burada məqsədin mənzil bazarının çöküşünün qarşısını almaq olduğu aydındır. Mənzil bazarında hərəkətlilik isə uzunmüddətli və güzəştli kreditlərin verilməsi hesabına təmin edilir.
Amma mənzil kreditlərinin verilməsi zamanı kreditorun maliyyə vəziyyətinə, aylıq ödənişi edib-edə bilməyəcəyinə diqqət yetirilmir. Bundan başqa, tikinti şirkətinin binanı nə zaman təhvil verəcəyi də məlum olmur. Bu isə əlavə olaraq məhkəmə çəkişmələrinə, yeni kredit problemlərinin ortaya çıxmasına səbəb olacaq.
İqtisadçı Samir Əliyev bildirdi ki, əmlak kreditləşməsinin də məhdudlaşdırılması istiqamətində addımlar atılır. Bu addımlardan biri xarici valyutada kreditlərin verilməsinin qadağan edilməsiylə bağlı qərardır: "Palatanın tətbiq etdi qaydağa daha çox istehlak kreditlərinə şamil edilir. Yəni şərtlərin ağırlaşdırılması bununla bağlıdır. Amma əmlak kreditləşməsiylə bağlı eyni zamanda banklardan da istifadə olunur. Tikinti şirkətlərinin bəziləri banklarla bu istiqamətdə əməkdaşlıq edir. Amma razıyam ki, mənzilin kreditlə satışı zamanı müştərinin maliyyə imkanları, ödəniş qabiliyyəti qiymətləndirilməlidir. Bu çox vacib şərtdir. Amma bu istiqamətə ona görə də çox diqqət yönəldilmir ki, burada söhbət təminatlı və təminatsız kreditlərdən gedir. Təminatlı əmlak kreditlərinin arxasında girov var. Çünki alınan ev girov kimi qalır. Ona görə burada şərtlər bir o qədər ağır olmur. Amma istehlak kreditləri təminatsızdır. Ona görə də burada müştərinin maliyyə vəziyyəti vacib rol oynayır”.
S.Əliyev onu da bildirdi ki, xüsusilə böhran zamanı əmlak kreditləşməsinin bir mühüm mənfi cəhəti meydana çıxır. Bu, alınan əmlakın bir müddət sonra dəyərini itirməsidir: "Əmlakın qiyməti yüksək olduğu zaman kreditləşmə başlayır, amma bazarda böhran olan kimi bu, əmlakın ucuzlaşmasına gətirib çıxarır. Elə bir vəziyyət yaranır ki, müştəri götürdüyü əmlakın kreditini ödəməkdə maraqlı olmur. Çünki götürdüyü əmlakın real bazar qiyməti aşağı düşdüyünə görə müştəri əmlaka görə yüksək kredit ödəməkdə maraqlı olmur”.
S.Əliyevin fikrincə, hər bir halda təkcə bankların deyil, eyni zamanda əmlak və başqa kredit götürən vətəndaşların da hüquqlarının qorunmasına diqqət yetirilməlidir.(Azadlıq.info)
Qlobal.az