SON XƏBƏR

Kreml Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

Fevral 13
13:59 2024
Rusiya sərhədyanı bölgədə törədilən təxribatla bağlı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

"Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hər iki tərəfi təmkinli olmağa çağırırıq. Biz diqqətlə izləyəcəyik”, - Kreml sözçüsü qeyd edib.

D.Peskov əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiriləcəyinə ümidvardır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook