Kreml Baydenin Kiyevin Rusiya ərazisini ABŞ silahları ilə vurmasına “icazə” verməsindən xəbərsizdir
May 31
15:29
2024
Kreml Baydenin Kiyevin Rusiya Federasiyası ərazisini Amerika silahları ilə vurmasına "icazə” verməsindən xəbərsizdir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kiyev artıq Rusiya Federasiyasının ərazisinə Amerika istehsalı olan silahlarla zərbələr endirməyə çalışır.
"Biz bilirik ki, ümumiyyətlə, Amerika istehsalı olan silahlarla artıq Rusiya ərazisinə zərbə endirilməyə çalışılır. Bu, ABŞ-nin bu münaqişədə iştirakının dərəcəsini daha açıq-aydın nümayiş etdirir”, - deyə Peskov bildirib.