SON XƏBƏR

Kreml Paşinyanın KTMT ilə bağlı fikrinə münasibət bildirib

Fevral 23
14:54 2024
Ermənistan KTMT-yə üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi qeyd edib ki, bu halda detalları başa düşmək çox vacibdir:

"Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook