Kremldən, Putinin "yanından" qaçırılan çox yüksək rütbəli superagent kimdir..?
Sentyabr 10
09:50
2019
Ötən gün CNN telekanalı Ağ ev administrasiyasındakı mənbələrə istinadən Rusiyadan ABŞ-ın "olduqca qiymətli və çox yüksək rütbəli” agentinin evakuasiya edilməsi əməliyyatı barədə məlumat yayıb. Virtualaz.org xəbər verir ki, telekanal bu məxfi əməliyyatın 2017-ci ildə yekunlaşdığını bildirir.
Həmin görüşdən sonra Mərkəzi Kəşfiyyat Agentində narahat olmağa başlayıblar ki, prezident və onun administrasiyasının bəzi üzvləri Rusiyadakı qiymətli agentin ifşa edilməsinə səbəb ola bilərlər. Nəticədə həmin agentin Kremldən evakuasiyasına qərar verilib.
Mərkəzi Kəşfiyyat İdarəsindən isə bildiriblər ki, evakuasiya qərarı "baş verənlərin obyektiv təhlilinə” əsaslanırdı. Və qərarın prezidentin kəşfiyyatla münasibətlərinə görə verildiyini demək yanlışdır.
Belə ki, 2017-ci ilin sentyabrnda "Daily Storm” nəşri Smolenkovun üç uşağı və arvadı ilə birlikdə Montenegroya məzuniyyətə getdiyini və oradan yoxa çıxdığını xəbər verib. Mənbələr bildiriblər ki, Smolenkovun yoxa çıxması ilə bağlı həmin ilin sentyabrında "qətl” maddəsi ilə cinayət işi qaldırılıb.
Smolenkov karyerası ərzində Rusiyanın ABŞ-dakı səfirliyində katib işləyib, habelə Rusiya hökumətinin aparatında vəzifə tutub. 2010-cu ildə o vaxtkı prezident Dmitri Medvedyevin sərəncamı ilə Smolenkova üçüncü dərəcəli dövlət müşaviri statusu verilib.
Smolenkovun "yoxa çıxdığını” ancaq 2017-ci ilin iyul ayında, o heç bir izah vermədən işə çıxmayanda biliblər. Ona verilmiş üçüncü dərəcəli ədliyyə müşaviri rütbəsi general-mayor rütbəsinə uyğundur. Maraqlıdır ki, Smolenkov bu rütbəni iki dəfə alıb. 2008-ci ildə baş müşavir kimi (departament göstərilmədən) və 2010-cu ildə Rusiya hökumətinin hərbi-sənaye komissiyasının departamentinin referenti kimi. Həmin komissiya hərbi-sənaye sahəsində, ölkənin hərbi-texniki təchizatında, dövlətin təhlükəsizliyində və hüquq-mühafizə sahəsində dövlətin siyasətini həyata keçirir.
Smolenkovun yoxa çıxdığı haqda informasiya 2017-ci ilin sentyabrında yayılıb, o vaxt rəsmilər heç bir şərh verməyiblər. Lakin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, təhqiqat "qətl” maddəsi üzrə yox, başqa maddə üzrə aparılır. Və bu məsələni "qurdalamamağı” məsləhət görüblər.
Təxmin edilir ki, Smolenkov MKİ-yə Rusiyanın hərbi-sənaye potensialı, yeni silahların işlənib hazırlanması və sınaqları barədə minlərlə məxfi sənədlər ötürə bilər. Hərçənd o heç vaxt xüsusi xidmət orqanlarının diqqətini cəlb etməyibmiş.
Virtualaz.org