SON XƏBƏR

Kremldən Türkiyənin Suriyaya ordu yeritməsinə reaksiya

Oktyabr 07
16:13 2019
Rusiya Federasiyası Prezidentinin Mətbuat katibi Dmitri Peskov Türkiyənin Suriya kürdlərinə (PKK/PYD) qarşı mümkün əməliyyatı məsələsini şərh edərək, Suriyada münaqişənin nizamlanmasına maneə yarada biləcək hər hansı bir hərəkətin qarşısını almağın çox vacib olduğunu bildirib.

Qaynarinfo MK.ru-ya istinadən xəbər verir ki, Peskov bu sözləri Türkiyənin ABŞ əsgərləri geri çəkildikdən sonra Türkiyənin Suriyada başlayacağı yeni hərbi əməliyyatları şərh edərkən deyib.

Peskov əlavə edib ki, Kreml türkiyəli həmkarların hər vəziyyətdə ilk növbədə Suriyanın ərazi və siyasi bütövlüyü postulatına əməl edəcəklərinə ümid edir.

Bundan əlavə, Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaranın Suriyada hərbi əməliyyat keçirmək planlarını müzakirə etmədiyini söyləyib. Bununla yanaşı, o, təmasların daim hərbi idarələr və xüsusi xidmətlər vasitəsilə həyata keçirildiyini xatırladıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook