SON XƏBƏR

Kremlin layihəsi təhlükədə: Merkelin varislərindən sərt açıqlamalar

İyun 29
11:58 2021
Almaniya kansleri vəzifəsinə namizədlər Şimal Axını-2 və Rusiya ilə münasibətlər mövzusunda müzakirələrə başlayıblar. 

Qaynarinfo DW-yə istinadla xəbər verir ki, Angela Merkel vəzifəsinə namizəd olan Armin Laşet, Olaf Şolts və Annalena Berbok açıqlamalar veriblər.

Laşet və Şolts Rusiyanın Ukraynaya qarşı silah olaraq istifadə edəcəyi təqdirdə Şimal axını-2-dən imtina etməyə hazır olduqlarını söyləyiblər. "Rusiya Prezidenti Vladimir Putin qaydalara əməl etməsə və Ukraynaya qarşı ŞA-2-dən istifadə etməyə başlasa, boru kəməri hazır olmasına baxmayaraq, istənilən vaxt istifadəsini dayandırmaq mümkün olacaq", Laşet deyib. Şolts "qaz tranziti və Ukraynanın təhlükəsizliyinə mənfi təsirlərin, artıq tamamlanmış bir qaz kəməri ilə mümkün tədarüklərə təsir göstərəcəyini" əlavə edib.

Eyni zamanda, Berbok boru kəmərinin tikintisini dayandırmaqla bağlı çağırış edib. Onun sözlərinə görə, bu layihənin köməyi ilə Moskva Qərb və Ukraynaya Rusiya qazından asılılıq yaradaraq təzyiq göstərəcək.

Ümumilikdə, Rusiya Federasiyası ilə münasibətlərə gəlincə, Şolts Avropa Birliyi ilə Moskva arasında birbaşa dialoqa ehtiyac olduğunu söyləyib, Laşet Rusiya və Çin ilə münasibətlərdə sərt bir yanaşma və dialoqun birləşdirilməsinə çağırış edib, Berbok isə öz opponentlərini xarici siyasətdə iqtisadi prioritetlərə çox diqqət ayırdıqlarına görə tənqid edib.

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Qazprom layihəsi səbəbiylə ölkəsinin illik 3 milyard dollar gəlirini itirə biləcəyini və ordusunu qoruya bilməyəcəyini bildirib. Bu arada ABŞ və Almaniya Şimal axını-2-nin inşası başa çatdıqdan sonra Kiyevə mümkün yardımları müzakirə edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook