SON XƏBƏR

“Kristal Abşeron” müştərilərinə ƏDV-ni niyə geri qaytarmır? – AÇIQLAMA

Aprel 10
17:14 2023
"Kristal Abşeron”un Bakının Yasamal rayonu ərazisində saldığı "Park Yasamal-2" yaşayış massivinin sakinləri şirkətdən şikayətçidirlər.

Səbəb isə odur ki, 2020-ci ildən sonra aldıqları mənzillərə görə hesablanmış ƏDV-ni geri ala bilmirlər. Bildiyimiz kimi, qanunvericiliyə görə ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılmalıdır.

Bunun üçün vətəndaş ödədiyi məbləği 2 hesaba ödəməlidir. Bunun biri, satıcı şirkətin əsas hesabıdır, digəri isə depozit ƏDV hesabıdır. 

Lakin, "Kristal Abşeron” şirkəti vaxtında bunu vətəndaşlara izah etməyib. Və bütün vəsaitlər yalnız şirkətin hesabına ödənilib. Dövlət hesabına heç bir vəsait ödənilmədiyi üçün müştərilər ƏDV-nin 30 faizini geri ala bilmir. 

Məsələ ilə bağlı "Kristal Abşeron” şirkətinə sorğu ünvanladıq. 

Şirkətdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, "Kristal Abşeron”un müvafiq dövlət qurumları qarşısında hər hansı bir vergi öhdəliyi yoxdur və bütün ödənişlər vaxtında icra edilir:

"Hazırda da ƏDV ödəyicisi olan layihələrdən alınan mənzillərə görə müştərilərə qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV məbləğinin müəyyən hissəsi geri qaytarılır. Lakin e-qaimənin aktiv olmadığı dövrdə alıcılar tərəfindən edilən ödənişlər düzgün edilmədiyindən alınan mənzillərə görə ƏDV məbləğinin müəyyən hissəsinin geri qaytarılması ilə bağlı problem yaranır. Bununla bağlı alıcılar tərəfindən edilən çoxsaylı müraciətlər nəzərə alınaraq 22 nömrəli müraciətlə tərəfimizdən ərazi üzrə Vergi Baş İdarəsinə müraciət ünvanlanıb və hazırda problemin həll olunması istiqamətində işlər görülür”.

Məsələ bağlı iqtisadçı ekspert Əkrəm Həsənov isə qeyd edib ki, əgər "Kristal Abşeron” ƏDV-ni tutubsa, dövlətə ödəyibsə və bu gün şirkət ƏDV-ni geri qaytarmırsa onda vətəndaşlar Vergi Xidmətinə müraciət etməlidir:

"Əgər ƏDV ödənilibsə, bunu Vergi Xidməti qaytarmalıdır. Əgər qaytarılmırsa, deməli günahkar şirkətdir. Çünki, şirkətlər vergidən yayınmaq üçün mənzil üçün ödənilən bütün vəsaiti leqallaşdırmır. Və yaxud da ola bilər ki, şirkət ƏDV-ni dövlətə tam ödəməyib. Yaxşı olardı ki, narazı vətəndaşlar ödədikləri sənədlərlə birgə Vergi Xidmətinə müraciət etsinlər. Xidmət də öz növbəsində məsələni araşdırmalıdır”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook