SON XƏBƏR

“Kristal Abşeron” şirkətinin tikdiyi binalar göbələk xəstəliyinin mənbəyidir? - ŞOK VİDEO

Yanvar 13
12:43 2024
Deputat Ağalar Vəliyevə məxsus olan "Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda "Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur.

Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb.

Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

Mənbə: "Azərbaycan Reallığı”
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook