Körpələr evindən ərzaq oğurlamaqda ittiham olunan baş həkim danışdı - VİDEO
May 01
14:03
2018
"Kirayədə qalmaq ayıb deyil. Video-görüntüləri də nənəmin evindən çəkmişəm”.
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyevanın qidaların və bezlərin oğurlanması barədə verdiyi açıqlamaya münasibət bildirərkən deyib: "Sözügedən ev halal pulla alınıb. O, videonun açıqlaması o olmamalıdır. Sizdən başqa açıqlama gözləyirik. Mənim harada yaşamağım önəmsizdir”.
Qeyd edək ki, 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva Criminal.az saytına açıqlamasında videodakı görüntüyə aydınlıq gətirib. O, ildirib ki, Aysun Rəqsanənin qızıdır və bizim körpələr evi yerləşən həyətdə nənəsi ilə kirayə yaşayırlar.
Baş həkimin sözlərinə görə, aprelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü idi: ”Aprelin 27-də isə qurban kəsib tortla bizim körpələr evinə gəlmişdi. Bizim işə gətirib, işdən aparmayıb... Videoda görünən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızını məhkəməyə verəcəyəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib polis çağırmırdı. 18 ildir orda işləyirəm, bir balam var. 7 bacı bizim xəstəxanaya daşıdığımızı el-aləm bilir. Biz bunu heç harada işıqlandırmırıq. Adam yetimə çörək verəndə onu işıqlandırmaz. Bu adam mənə şər atır. Atasız-anasız uşağın nəyini apara bilərəm axı?``

Qlobal.Az