Kseniya Sobçak Rusiyadan qaçdı
Oktyabr 26
19:45
2022
Rusiyalı məşhur teleaparıcı Kseniya Sobçak ölkədən gedib.
Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib. Onun Belarusdan Litvayaya keçdiyi məlum olub.
İddiaya görə, aparıcı əməliyyatçıları aldada bilib. Belə ki, Sobçak internet vasitəsilə ilk olaraq Dubaya, ordan isə Türkiyəyə bilet alıb. Amma Belarusdan Latviyaya keçib. Müstəntiqlərin əlində onun saxlanması barədə qərar olsa da, ölkəni tərk edə bilib.
Bu gün Sobçakın Moskva vilayətində yerləşən bağ evində axtarış aparılıb. Bunun Sobçakın kommersiya direktoru Kirill Suxanov barəsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə başladılan iş çərçivəsində aparıldığı bildirilib.