SON XƏBƏR

“KTMT-dən çıxmaqla bağlı maraqlarımızı nəzərə alaraq qərar verəcəyik” - Paşinyan

Dekabr 15
12:05 2023
Müşahidələrimiz göstərir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir.
 
"Report” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə vətəndaşların suallarını cavablandırarkən bildirib.

Hakimiyyətin niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etməməsi ilə bağlı suala münasibət bildirən N.Paşinyan cavab verib ki, bununla bağlı siyasi iradə var və Ermənistanın maraqları nəzərə alınmaqla qərar veriləcək.

"Niyə biz KTMT-dən çıxmaq və ya bu təşkilatda üzvlüyə xitam vermək barədə qərar qəbul etməmişik və verməyəcəyik? Biz Ermənistanın dövlət maraqlarına əsaslanaraq qərar verəcəyik. Bizim istiqamətimiz Ermənistanın dövlət maraqlarıdır. Məlumatlarımız göstərir ki, faktiki olaraq KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi onun respublika qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Biz isə bu məsələni açıq şəkildə qaldırırıq”, - o bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-nin mövqeyini başa düşmək, eləcə də özünün mövqeyini quruma çatdırmaq üçün bütün tədbirləri görməyə hazırlaşır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook