SON XƏBƏR

KTMT Ermənistanın yardımdan imtina etməsinə aydınlıq gətirib

Noyabr 21
15:28 2023
KTMT Katibliyi KİV-də Ermənistanın təşkilatın yardımından imtina etməsinə dair dərc olunan məlumatlara aydınlıq gətirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, KTMT katibliyinin yaydığı bəyanatda deyilir ki, təşkilatın noyabr (2022-ci il) sessiyasının qərarlarının icrası və Belarus Respublikasının sədrliyi dövründə Təşkilatın fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə Fəaliyyət Planına uyğun olaraq, 2022-ci il tarixli sessiyasının yekunları ilə əlaqədar Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair indiyədək iki sənəd işlənib.

Söhbət KTMT Kollektiv Təhlükəsizlik Şurasının "Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsindən və təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin bu regionda sülhün əldə edilməsi səylərinə dəstək bəyanatından gedir.

Katiblik təsdiq edir ki, KTMT-nin nizamnamə orqanlarının Minskdə keçiriləcək iclasları ərəfəsində Ermənistan tərəfi Bəyanat layihəsini müzakirədən çıxarmağı təklif edib.
 
Eyni zamanda, Katiblik bildirir ki, Ermənistana monitorinq missiyasının göndərilməsi və digər əməli tədbirlərin təmin edilməsi ilə bağlı KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Qərar layihəsi üzərində iş davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook