SON XƏBƏR

KTMT-nin təlimləri Ukraynanı Belarusla sərhədləri gücləndirməyə məcbur edib

Sentyabr 01
11:05 2023
Ukrayna Belarusla sərhədi gücləndirib.

"Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general Sergey Nayev teleqramda yazıb.

Onun sözlərinə görə, buna səbəb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin bu gün Belarusda başlayan hərbi təlimləridir: "Biz istənilən dəyişikliyə həmişə adekvat reaksiya veririk. Bu sadə, lakin zəruri məsələdir”.

Generalın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün düşmənin istənilən hərəkəti, xüsusilə təlimlər təhlükənin artmasının müəyyən göstəricidir: "Komandirlərə Ukraynanın dövlət sərhədinin müdafiəsini gücləndirmək və bütün döyüş mövqelərində sayıqlığı artırmaq üçün dəqiq tapşırıqlar verilib. Biz bilirik ki, düşməndən hər şey gözləmək olar. Amma qarşı tərəf başa düşməlidir ki, biz həmişə adekvat cavablar verəcəyik”.

Qeyd edək ki, bu gün Belarusda KTMT ölkələrinin hərbi təlimləri başlayır. Təlim sentyabrın 6-dək davam edəcək. Belarus KİV-in məlumatına görə, təlimlərə 2 mindən çox hərbçi və 500 texnika cəlb olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook