SON XƏBƏR

KTN-nin sevimli şirkəti bu İnstituta texnologiyaların elmi əsaslarını öyrədəcək

Oktyabr 03
00:14 2022
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, İnstitutun "Qərzəkli meyvə bitkilərinin in vitro üsulu ilə çoxaldılması texnologiyasının elmi əsaslarının işlənməsinin satın alınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 69.561 manat, qalibi isə "Agrodev" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 

 
"Agrodev" MMC 2015-ci ilin may ayında dövlət qeydiyyatına alınıb. 
 
On manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nəbiyev Elvin Bahəddin oğludur. 
 
Qeyd edək ki, "Agrodev" MMC Kənd Təsərrüfatı nazirliyinə yaxın olan şirkətlərdən hesab edilir. Şirkət yarandığı tarixdən nazirliyin strukturlarına daxil olan təşkilatların sifarişçi olduqları çoxsaylı satınalmalarda qalib elan edilib. 
 

 
"Agrodev" MMC-nin qanuni təmsilçisi Elvin Nəbiyev "OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri olub. 
 
O, eyni zamanda Kənd Təsərrüfatı nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri olub. 
 
Elvin Nəbiyevin Kənd Təsərrüfatı nazirliyinin PR işlərini aparması barədə də mediada yazılar dərc edilib.
 
Cahandar Laçınlı
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook