SON XƏBƏR

Kuleba 2022-ci ilin yazında İstanbulda Rusiya ilə gizli razılaşmanı inkar etdi

May 02
14:05 2024
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba 2022-ci ilin martında İstanbulda keçirilən danışıqlarda Ukrayna və Rusiya nümayəndə heyətlərinin heç bir razılığa gəlmədiyini bildirib. O qeyd edib ki, Ukrayna ilə bağlı iyunda İsveçrədə keçirilən konfransdan sonra Rusiya ilə yeni təmaslar mümkündür.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Foreign Policy" jurnalına müsahibəsində danışıb.

Müsahibə zamanı Dmitri Kulebadan Rusiya ilə gələcəkdə mümkün danışıqlarda güzəştə getmək perspektivinə necə münasibət bəslədiyini soruşulub. Bu kontekstdə ukraynalı nazir, onun sözlərinə görə, heç vaxt mövcud olmayan "İstanbul razılaşmaları”nı xatırladıb.

Eyni zamanda, Dmitri Kuleba Rusiya ilə Ukrayna arasında silahlı münaqişənin sona çatmasını müzakirə edərkən ilk növbədə Kiyevin güzəştlərindən danışdıqları vəziyyəti "Rusiya təbliğatının uğuru" adlandırıb. "Biz bu düşüncə tərzini qəti şəkildə rədd edirik. Kifayət qədər qurban vermişik, kifayət qədər mübarizə aparmışıq. Biz daha nələri qurban verə biləcəyimizi danışmaqdan daha çox hörmətə layiqik”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, iddiaya görə, 2022-ci il martın 29-da İstanbulda Rusiya və Ukrayna arasında üzbəüz danışıqlar keçirilib və tərəflər atəşkəs və sülh yolu ilə həll üçün ilkin şərtlər və prinsiplər hazırlayıblar. Buça hadisələrindən sonra Ukrayna nümayəndə heyəti danışıqlar prosesindən geri çəkilib. 

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin yazında danışıqlar zamanı "Ukrayna üçün daimi neytrallıq və təhlükəsizlik təminatları” layihəsinin müzakirə edildiyini bildirib. Almaniyanın "Welt” qəzetinin mənbələrinə görə, tərəflər əksər məqamlarda razılığa gəliblər, lakin sonradan Rusiya yeni tələblər irəli sürüb: xüsusən, rus dilinin Ukraynada ikinci rəsmi dil kimi tanınması, qarşılıqlı sanksiyaların ləğvi və beynəlxalq məhkəmələrdə iddialarım geri götürülməsi. 

Kreml iddia edir ki, danışıqlar Rusiyanın yeni tələbləri ilə deyil, Qərb ölkələrinin Ukraynaya təzyiqləri səbəbindən dayandırılıb. Ukraynada hakim "Xalqının xidmətçisi” partiyasının parlament fraksiyasının lideri David Araxamiya Britaniyanın baş naziri Boris Consonun Ukraynanı Rusiya ilə müqavilə imzalamamağa çağırdığını təsdiqləyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook