Kuleba BMT-də Zelenskinin sülh təkliflərini açıqlayıb
Fevral 24
09:01
2024
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba BMT Baş Assambleyasının Rusiya-Ukrayna müharibəsinin ildönümünə həsr olunmuş xüsusi sessiyasında çıxış edib.
Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın sözlərinə görə, assambleya dəfələrlə nümayiş etdirdi ki, faktiki olaraq BMT nizamnamələri, beynəlxalq hüquq sülhün, Ukraynanın tərəfindədir: "Səkkiz ildə Ukrayna və Rusiya müxtəlif formatlarda sülh danışıqları aparıb və 20 dəfə atəşkəs əldə edilib. Ukrayna hazırda İsveçrədə keçiriləcək ilk qlobal sülh sammitini hazırlamaq üçün tərəfdaş ölkələrlə fəal işləyir. Əgər biz hamımız prinsipial mövqe tutsaq və birgə hərəkət etsək, Rusiya dünya çoxluğunun səsinə məhəl qoymaya bilməz. Prezident Volodimir Zelenskinin təklif etdiyi sülh formulu məhz belə bir fürsəti təmsil edir. On bənddən ibarət bu formul təkcə hərbi əməliyyatların sonunu deyil, həm də təklifləri nəzərdə tutur. Ərzaq, nüvə, enerji təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, beynəlxalq ədalət, insan hüquqları və BMT nizamnaməsinin şərtlərinə əməl etmək bu planın tərkib hissəsidir”.