SON XƏBƏR

"Kurskdakı əməliyyatlarda Rusiyanın 6 min hərbçisi ölüb və yaralanıb" - Zelenski

Sentyabr 06
14:19 2024
Putin Sumı vilayətinə Kursk ərazisindən hücum etməyi planlaşdırırdı.

APA-nın "insider.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna lideri Vladimir Zelenski təmas qrupunun "Ramşteyn” aviabazasındakı iclasında deyib

O bildirib ki, Rusiyanın bu ilin payızınadək dayandırılması üçün təcili tədbirlər görülməlidir.

V.Zelenskinin iddiasına görə, Ukrayna ordusunun Kurskdakı hərbi əməliyyatı zamanı Rusiyanın ölən və ya yaralanan hərbçilərinin sayı 6 min nəfərə çatıb.

Ukraynanın dövlət başçısı əlavə edib ki, bu müddətdə Rusiyanın 1300 kv.km. ərazisi Ukrayna ordusunun nəzarətinə keçib. Onların arasında 100-dən çox yaşayış məntəqəsi var.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook